Şahmat üzrə Azərbaycan çempionatının qalibləri sabah müəyyənləşəcək
15.02.2025 - 01:02
Şahmat üzrə Azərbaycan çempionatının finallarında ikinci partiyalar keçirilib.
Apasport.az xəbər verir ki, iki oyundan sonra qaliblər bəlli olmayıb.
Kişilərin mübarizəsində Rauf Məmmədov - Şəhriyar Məmmədyarov görüşündə növbəti dəfə heç-heçə qeydə alınıb (1:1).
Qadınların yarışında isə ilk partiyada uduzan Günay Məmmədzadə Gövhər Beydullayevadan revanş ala bilib - 1:1.
Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva arasındakı 3-cülük görüşündə də ümumi hesab bərabərləşib.
Nəticədə qaliblər sabah keçiriləcək taybrek görüşlərində müəyyənləşəcək.
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO
- Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi bəlli olub
- Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib - FOTO
- İranlı qrossmeyster: “Əlimdən gələni edəcəyəm”
0
0