Bu gün Nyu-Yorkda blits üzrə dünya çempionatı başlayır.
Apasport.az xəbər verir ki, yarışda ümumilikdə üç yüzə yaxın şahmatçı çıxış edəcək.
Onların arasında Azərbaycanın 15 nümayəndəsi də var: Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova.
Blits üzrə dünya çempionatı 13 turdan ibarət olacaq.
Yarışın rəsmi saytı blitsdə hazırkı dünya çempionu Maqnus Karlsenin də çempionatda iştirak edəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Nyu-Yorkda şahmatçılarımızın ilk onluğa düşə bilmədiyi rapid üzrə dünya çempionatı başa çatıb.
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO
- Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi bəlli olub
- Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib - FOTO
- İranlı qrossmeyster: “Əlimdən gələni edəcəyəm”