Şahmatçılarımız dünya çempionatının 1/4 finalına yüksəlib - FOTO
20.11.2025 - 22:51
Şahmatçılarımız dünya çempionatının 1/4 finalına yüksəlib - FOTO

İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatında 1/4 finalçılar məlum olub. 

Apasport.az xəbər verir ki, Azərbaycanın millisi dünya çempionatında növbəti oyununu qələbə ilə başa vurub.

Milli IV turda İspaniya komandası ilə qarşılaşıb və görüşdən 3,5:0,5 hesabı ilə qalib ayrılıb.

Bu nəticə sayəsində Azərbaycan millisi 1/4 finala yüksəlib. Şahmatçılarımız bu mərhələdə Gürcüstanla üz-üzə gələcək.

Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Millinin kapitanı İlahə Qədimovadır.

Qeyd edək ki, dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.
#azechess