Şahmatçılarımız Vyetnam millisinə qalib gəliblər
10.09.2025 - 16:08
Şahmatçılarımız Vyetnam millisinə qalib gəliblər

9 sentyabr tarixində Azərbaycan və Vyetnam komandaları arasında onlayn yoldaşlıq görüşü keçirilib.

Apasport.az xəbər verir ki, 8, 10 və 12 yaş kateqoriyasında yığma üzvlərinin iştirak etdiyi yarış komandamızın 7 : 5 hesablı qələbəsiylə başa çatıb. 

Azərbaycan komandasının heyətində Nazlı Rüstəmli, Mehriban Əhmədli, Fatimə Mirzəliyeva, Kənan Babasoy,Atilla Orman və Nurlan Əzizli iştirak edib. 

Qeyd edək ki, yoldaşlıq görüşü Qazaxıstanda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.