Şimali Makedoniyanın paytaxtı Skopyedə Fişer şahmatı üzrə Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, turnirdə Azərbaycan şahmatçıları Eltac Səfərli, Rauf Məmmədov, Məhəmməd Muradlı və Namiq Quliyev iştirak edirlər.
İki turdan sonra Məmmədov və Muradlının hərəyə iki qələbəsi var.
İsveçrə sistemi üzrə 11 turdan ibarət çempionatda ümumilikdə 142 şahmatçı mübarizə aparır.
Qeyd edək ki, Fişer şahmatı 11-ci dünya çempionu Robert Fişerin təklif etdiyi variantdır. Bu, adi şahmatdan onunla fərqlənir ki, lövhənin birinci və səkkizinci cərgəsində fiqurlar müəyyən məhdudiyyətlərlə təsadüfi şəkildə yerləşdirilir.
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO
- Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi bəlli olub
- Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib - FOTO
- İranlı qrossmeyster: “Əlimdən gələni edəcəyəm”