Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasından apasport.az-a verilən məlumata görə, “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsus olub. Şahmatçı 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.
Festivalın “Futures” turnirində birinci yerə Aqşin Əlizadə layiq görülüb. Yekunda 7,5 xal toplayan Azərbaycan təmsilçisi əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb.
Turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu