Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ümumilikdə 50-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir.
Azərbaycan çempionatının mükafat fondu 8000 manatdır. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.
Qeyd edək ki, oktyabrın 4-dən 7-dək Respublika Şahmat Mərkəzində keçiriləcək turnir rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçılar ABŞ-nin Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaqlar.
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu