Süleymanlı Niderlandda liderdir
                    
                    02.02.2025 - 09:53
                        
                     
                    Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatmaq üzrədir.
Apasport.az xəbər verir ki, 12-ci turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Frederik Sveynə (Almaniya) qalib gəlib.
Bu, idmançımızın yarışda 6-cı qələbəsidir. 8,5 xal toplayan Aydın əlavə göstəricilərdə rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            