Təmsilçilərimiz ilk görüşdə məğlub olublar
09.07.2025 - 21:53
Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında Dünya kuboku keçirilir.
Apasport.az xəbər verir ki, bu gün baş tutan 1/32 finalda Azərbaycan millisinin 2 şahmatçısı lövhə arxasına keçib.
Qrossmeysterlərimizdən Ülviyyə Fətəliyeva yerli Lela Cavaxişvili ilə, Gülnar Məmmədova Polina Şuvalova (FİDE) ilə görüşüb. Hər iki şahmatçımız ilk görüşdə məğlub olublar. Sabaha tərəflər arasında ikinci oyun baş tutacaq.
Qeyd edək ki, Gövhər Beydullayeva və Xanım Balacayeva Dünya kubokunun ilk mərhələsində mübarizəni dayandırıblar.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub
0
0