Türkiyəli qrossmeysterdən tarixi qələbə
12.09.2025 - 12:34

Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə “Grand Swiss 2025” beynəlxalq turniri davam edir.
Apasport.az xəbər verir ki, Türkiyəni yarışda təmsil edən Ediz Gürel tarixi qələbəyə imza atıb.
2008-ci il təvəllüdlü şahmatçı turnirin VII turunda dünya çempionu Dommaraju Qukeşi məğlub edib.
Beləliklə də, Ediz, son dünya çempionu ünvanına sahib bir idmançıya qalib gələn ilk türk olub.
Qeyd edək ki, türkiyəli qrossmeysterin aktivində 4 xalı var.
0
0