Vüqar Həşimov Memorialının iştirakçıları üçün Şuşada tur təşkil edilib
30.09.2024 - 14:33
Vüqar Həşimov Memorialının iştirakçıları üçün Şuşada gəzinti turu təşkil edilib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tur zamanı şahmatçılar Cıdır düzü və İsa Bulağı ilə tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, xatirə turnirində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi rapid növündə 10, blitsdə isə hesabına 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin baş mükafatını qazanıb.
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
0
0