Dekabrın 9-dan 11-dək mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialı keçiriləcək.
Apasport.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.
Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.
Sayca 11-ci Memoriala Xankəndi şəhəri ev sahibliyi edəcək.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.
- Dünya çempionatı: Qadınlardan ibarət Azərbaycan millisi finalda
- Dünya çempionatı: Millimiz yarımfinalda heç-heçə edib
- "Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib
- Şahmatçılarımız dünya çempionatının 1/4 finalına yüksəlib - FOTO
- Azərbaycanı dünya çempionatında 14 şahmatçı təmsil edəcək