7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku
20.07.2026 - 02:15
7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku

İspaniya millisi böyük turnirlər tarixində keçirdiyi yeddi finalın altısını qələbə ilə başa vurub.

Apasport.az xəbər verir ki, ispanlar DÇ-2026-nın finalında Argentinanı məğlub etməklə həlledici oyunlardakı uğurlu statistikasını daha da yaxşılaşdırıblar.

İspaniya buna qədər 1964, 2008, 2012 və 2024-cü il Avropa çempionatlarının, həmçinin 2010-cu il və 2026-cı il dünya çempionatlarının finalında qalib gəlib. Yığma yalnız 1984-cü il Avropa çempionatının finalında Fransaya uduzub.

Bu qarşılaşma Argentina millisinin isə böyük turnirlərdəki uğurlu seriyasına son qoyub. Cənubi amerikalılar bundan əvvəl 2021 və 2024-cü il Amerika kuboklarının, 2022-ci il Finalissimanın və DÇ-2022-nin finalında qələbə qazanmışdılar. DÇ-2026-nın finalındakı məğlubiyyət isə bu seriyanı başa çatdırıb.

Qeyd edək ki, İspaniya DÇ-2026-nın finalında Argentinanı 1:0 məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.