Neveş Portuqaliya tarixinə düşdü – Ronaldodan sonra üçüncü oldu
17.06.2026 - 21:44
Neveş Portuqaliya tarixinə düşdü – Ronaldodan sonra üçüncü oldu

Portuqaliya millisinin futbolçusu Joao Neveş dünya çempionatları tarixinə düşüb.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsində DR Konqoya qarşı oyunda fərqlənərək Portuqaliya yığmasının mundial tarixində qol vuran ən gənc 3-cü futbolçusu olub.

Neveş bu göstəriciyə 21 yaş 263 günlüyündə imza atıb.

Qeyd edək ki, Portuqaliya millisində dünya çempionatlarında qol vuran ən gənc futbolçu Kriştiano Ronaldodur.

O, 2006-cı ildə 21 yaş 132 günlüyündə fərqlənib.

İkinci pillədə isə DÇ-2022-də 21 yaş 169 günlüyündə qol vuran Qonsalo Ramuş qərarlaşıb.