6 stolüstü tennisçimiz MDB Oyunlarında
18.09.2025 - 12:19
III MDB Oyunlarında Azərbaycanı 6 stolüstü tennisçi təmsil edəcək.
Apasport.az xəbər verir ki, Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək.
İdmançılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə mübarizə aparacaqlar.
Qeyd edək ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışları sentyabrın 26-dan 29-dək keçiriləcək.
- Stolüstü tennis üzrə ölkə kubokunun qalibləri müəyyənləşib - FOTO
- İslamiadanın mükafatçıları Vətənə qayıdıblar
- Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
- Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
- İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib
0
0