Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) "Qlobal gənclər təlim düşərgəsi"nə qatılacaq.
Apasport.az xəbər verir ki, istedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışda millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək.
Quluzadə bu düşərgəyə BSTF-nin qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb. Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında Azərbaycan təmsilçisi də yer alır.
Qeyd edək ki, "Qlobal gənclər təlim düşərgəsi" dekabrın 4-dən 13-dək təşkil olunacaq.
- Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurub
- Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub
- Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
- Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək
- Stolüstü tennisçilərimiz Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar