Stolüstü tennisçilər növbəti beynəlxalq yarışa qatılacaqlar
15.09.2025 - 13:58
Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, milli komandamız “WTT Feeder Cappadocia” turnirində iştirak edəcək.
Yığmamızın heyətində Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli mübarizə aparacaq. Komandamıza məşqçilər Ramil Cəfərov və Səbinə Əzizli rəhbərlik edəcək.
Beynəlxalq yarış sabah start götürəcək və sentyabrın 20-də başa çatacaq.
- Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
- Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
- Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər
- Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar - FOTO
0
0