Stolüstü tennisçilər daha bir mötəbər yarışda ölkəmizi təmsil edəcəklər.
Apasport.az xəbər verir ki, Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında seçmə komandanın üzvləri Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev bacarığını göstərəcək.
İyulun 16-da başlanacaq yarışa iyulun 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 72 idmançı ilə təmsil olunacaq.
- Stolüstü tennis üzrə "Baku Open" turniri keçiriləcək
- Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurub
- Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub
- Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
- Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək