Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb
10.07.2025 - 10:54
İyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyi start götürəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışa 6 idmançı ilə qatılacaq.
Komandamızın heyətində Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə yer alacaqlar. Onlar baş məşqçi Mixail Timofeyev, məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.
Tennisçulərimiz bu gün yarışın keçiriləcəyi Ostrava şəhərinə yola düşüb. Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.
- Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
- Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
- Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər
- Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar - FOTO
0
0