Stolüstü tennisçilərimiz Çinə yollanıb
10.11.2024 - 16:55
Azərbaycanın stolüstü tennisçiləri Çinə yollanıblar.
Apasport.az xəbər verir ki, idmançılarımız bu ölkədə növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.
Seçmə komandamızın heyətində Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.
Qeyd edək ki, təlim-məşq toplanışları noyabrın 27-də yekunlaşacaq.
- Stolüstü tennis üzrə ölkə kubokunun qalibləri müəyyənləşib - FOTO
- İslamiadanın mükafatçıları Vətənə qayıdıblar
- Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
- Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
- İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib
0
0