Stolüstü tennisçilərimizdən növbəti mükafat
02.02.2025 - 11:23
Qətərin paytaxtı Dohada keçirilən stolüstü tennisçilərin “WTT Youth Star Contender Doha 2025” yarışı davam edir.
Apasport.az xəbər verir ki, turnirin növbəti günündə seçmə komandamızın üzvləri Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qoşa yarışların nəticəsinə görə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Bundan əvvəl təmsilçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa mubarizədə eyni nəticəyə imza atıblar.
Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə bu gün yekun vurulacaq.
- Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
- Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
- Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər
- Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar - FOTO
0
0