İdmançımız Rusiyada qızıl medal qazanıb - FOTO
01.07.2024 - 16:28
Saxa Respublikasının Yakutya şəhərində keçirilən “Asiya Uşaqları” VIII idman Oyunlarının Taekvondo üzrə yarışları keçirilir.
Apasport.az-ın məlumatına görə, təmsilçimiz Elcan Əliyev bu növ üzrə qızıl medal qazanıb.
Respublika Uşaq Gənclər İnkişaf mərkəzinin Taekvondo dərnəyinin rəhbəri Elməddin Vəliyevin yetirməsi Elcan Əliyev +73 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.
Xatırladaq ki,Elcan əliyev ötən ayın 25-i Multi Avropa Oyunlarının da qalibi olmuşdur.
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
- Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
- Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib
- Azərbaycan Taekvondo Federasiyası növbəti dan imtahanını həyata keçirib
- Azərbaycan Taekvondo Federasiyası məşqçilər üçün seminar təşkil edib
0
0