Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından taekvondoçular mübarizə aparacaqlar.
Turnirdə 2009–2011-ci il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcəklər. Yarış Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və Azərbaycan Taekvondo Federasiyasının qüvvədə olan normativ tələblərinə uyğun keçiriləcək.
Qeyd edək ki, yarışda iştirak etmək istəyən komandaların son qeydiyyatı 17 sentyabr, saat 15:00-dək aparılacaq.
- Azərbaycan taekvondoçuları Batumidə 22 medal qazanıb
- Parataekvondoçularımızın yeni reytinqdə mövqeləri açıqlanıb
- Parataekvondoçumuz beynəlxalq turnirin finalında
- Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb