Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
İdmançımız Fransa paytaxtına hazırlığın son mərhələsini Bakıda gerçəkləşdirir. 58 kq çəkidə mübarizə aparacaq olimpiyaçımız federasiyanın zalında məşq edir.
Toplanışa türkiyəli Ömər Faruk da dəvət edilib. O, gənclər arasında Avropa çempionu, Multi Avropa Oyunları, "Spanish Open", "Bosniya Herseqovina Open", "Sofiya Open"in qızıl medalçısı, "Turkish Open" və Prezident Kubokunun üçqat qalibidir.
Onun dəvət edilməsi taekvondoçumuzun Paris-2024-də daha yaxşı hazırlaşması məqsədi daşıyır. İdmançımızla qonaq arasında sınaq döyüşləri də keçirilir.
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal