Azərbaycan millisinin taekvondoçusu Cavad Ağayev Avropa çempionatını bürünc medalla başa vurub.
Apasport.az xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, Nimrod Krivişski (İsrail), Sebastian Tune (Norveç) və Strainja Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesada ilə qarşılaşıb. Görüşdə rəqib 2:0 hesabı ilə qalib gəldiyindən taekvondoçumuz bürünc medala yiyələnib.
Qeyd edək ki, Ağayevdən öncə Qaşım Maqomedov (58 kq) da 3-cü yeri tutub.
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal