“Azərreyl” mövsümə məğlubiyyətlə başladı - YENİLƏNİB
21.12.2019 - 16:18
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bir oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, I tur çərçivəsində baş tutan qarşılaşmada MOİK debütant “Azərreyl”i sınağa çəkib.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində təşkil olunan oyun "hərbiçilər"in qələbəsi ilə yekunlaşıb. Heyətində daha təcrübəlilərin yer aldığı MOİK debütant üzərində 3:0 hesablı qələbəyə sevinib.
Azərbaycan Yüksək Liqası
I tur
15:00. MOİK – “Azərreyl” - 3:0 (25:18, 25:16, 25:20)
Qeyd edək ki, I turun ilk matçında “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib.
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
- "Azərreyl" "Gənclər"ə qarşı - Yüksək liqada növbəti oyunlar
- Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb
0
0