Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, qadın voleybolçuların Super Liqasında I turun ikinci matçı dekabrın 20-nə təsadüf edəcək.
Sabah Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutacaq qarşılaşmada “Mübariz” debüt oyununa çıxacaq. Onların rəqibi “Murov” olacaq. Görüşün start fiti 15:00-da veriləcək.
Ertəsi gün eyni saatda isə zal Yüksək Liqa təmsilçilərinin ixtiyarında olacaq. MOİK “Azərreyl”lə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, I turda Super Liqada “Azərreyl” “Abşeron”a 3:1, Yüksək Liqada “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib.
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
- "Azərreyl" "Gənclər"ə qarşı - Yüksək liqada növbəti oyunlar
- Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb