Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti matçlar oynanılıb.
Apasport.az saytının məlumatına görə, günə “Express” və MOİK klublarının görüşü ilə start verilib.
“Hərbçilər” qələbə qazanmaqda çətinlik çəkməyiblər. Onlar 3:1 hesabı ilə qalib gəliblər.
Ardınca meydana “Azərreyl”lə “Neftçi” çıxıb. İkincilər 3 xalı 3 setlə qazanıblar.
Günə “Murov” – Gürcüstan oyunu ilə yekun vurulub. Qonşu ölkə təmsilçisi debüt matçında 0:3 hesabı ilə uduzub.
Bu görüşlərdən sonra “Neftçi” turnir cədvəlində liderliyini qaytarıb. Aktivində 15 xalı olan komanda “Sərhədçi”ni top fərqində qabaqlayıb. Digər yerlər isə dəyişməz qalıb.
Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər
18 fevral
14:00. “Express” – MOİK - 1:3 (14:25, 14:25, 25:23, 13:25)
Sərhədçi Olimpiya İdman Mərkəzi
16:00. “Azərreyl” – “Neftçi” - 0:3 (24:26, 17:25, 16:25)
Sərhədçi Olimpiya İdman Mərkəzi
17:00. “Murov” – Gürcüstan - 3:0 (25:17, 25:16, 25:11)
Dərnəgül Voleybol Mərkəzi
|
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
|
1 |
Neftçi |
6 |
5 |
1 |
16-4 |
489-377 |
15 |
|
2 |
Xilasedici |
6 |
5 |
1 |
16-4 |
479-391 |
15 |
|
3 |
Murov |
6 |
5 |
1 |
15-6 |
490-396 |
14 |
|
4 |
MOİK |
6 |
3 |
3 |
12-10 |
491-443 |
10 |
|
5 |
Azərreyl |
5 |
2 |
3 |
6-9 |
317-333 |
6 |
|
6 |
Ekspress |
6 |
1 |
5 |
4-15 |
331-449 |
3 |
|
7 |
Gürcüstan |
1 |
0 |
1 |
0-3 |
44-75 |
0 |
|
8 |
Sərhədçi |
6 |
0 |
6 |
0-18 |
273-450 |
0 |
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB