Voleybol üzrə Azərbaycan çempionatında daha 3 oyununun keçirilmə vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında iki matçın vaxtı və yeri dəqiqləşib.
Hər iki qarşılaşma fevralın 1-də oynanılacaq. Günün ilk matçında “Sərhədçi” “Murov”la münasibətinə aydınlıq gətirəcək. Oyunun start fiti 14:00-da veriləcək.
2 saat sonra meydana “Express” və “Xilasedici” klubları çıxacaqlar.
Hər iki matç “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında isə bir qarşılaşmanın vaxtı bilinib. Yanvarın 31-də keçiriləcək “UNEC” - “Abşeron” görüşü saat 17:00-da başlayacaq. Qarşılaşma Voleybol Mərkəzində keçiriləcək.
Voleybol üzrə Azərbaycan çempionatı
Kişilər, Yüksək Liqa
1 fevral
14:00. “Sərhədçi” - “Murov”
“Sərhədçi” Olimpiya İdman Mərkəzi
16:00. “Express” - “Xilasedici”
“Sərhədçi” Olimpiya İdman Mərkəzi
Qadınlar, Super Liqa
31 yanvar
17:00. “UNEC” - “Abşeron”
Voleybol Mərkəzi
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”