Amerikalı sabiq voleybolçu Kayla Simmons koronavirus pandemiyası dövründə də boş dayanmır.
Apasport.az saytının məlumatına görə, voleybolu modelliyə qurban verən gənc xanım evindən paylaşımlarla izləyicilərinin görüşünə gəlir.
Universitet komandasında göstərdiyi performansla gələcəyin ulduz voleybolçuları sırasında göstərilən, lakin gözlənilməz qərarla karyerasını başa vuran Simmons hazırda instaqramın ən çox yüksəlişdə olan fenomenlərindəndir.
Heyrətamiz şəkillərlə gündəmdən düşməyən 24 yaşlı keçmiş voleybolçu "Los Anceles Leykers" klubunun çılğın fanatı olduğunu göstərib. Koronavirus xəstəliyi ucbatından idman yarışlarının dayandırılmasına baxmayaraq, Kayla sevimli komandasını onun geyim dəsti ilə evdə çəkdirdiyi şəkilləri paylaşaraq dəstəkləyir.
Modelliklə daha çox pul qazanan Kayla Simmonsun qısa müddətdə sosial şəbəkədə izləyici sayı 420 minə çatıb.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB