Qadın basketbolçulardan ibarət ABŞ millisinin və “Çikaqo Skay” klubunun hücumçusu Stefani Dolson koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bunu idmançının özü etiraf edib.
O bildirib ki, ailəsinin bütün üzvlərində bu xəstəlik aşkarlanıb. Klubun sahibi Dolsondakı koronavirusun simptomsuz keçdiyini vurğulayıb.
Stefani Qadın Milli Basketbol Assosiasiyasının ikinci oyunçusudur ki, bu xəstəliyə yoluxduğunu bəyan edib. Ona qədər “Los-Anceles”in müdafiəçisi Sidni Uiz eyni halla üzləşib.
Qeyd edək ki, ABŞ koronavirusun ən böyük zərbə vurduğu ölkədir. Burada yoluxanların sayı 680, ölənlərin sayı 35 mini keçib.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB