Növbəti matçının vaxtı bilindi - “Azərreyl”in
14.02.2020 - 14:43
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 15-də Bakıda təşkil olunacaq.
Günün ilk qarşılaşmasında “Azərreyl” və “Xilasedici” klubları üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.
Bu oyundan 2 saat sonra MOİK “Sərhədçi”ni sınağa çəkəcək.
Hər iki görüş FHN-nin İdman-Sağlamlıq Kompleksində oynanılacaq.
Qeyd edək ki, Yüksək Liqadan fərqli, Super Liqanın növbəti qarşılaşmaları Qubada olacaq.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0