Yığmamızın oyunçusu yenidən Azərbaycan klubunda! - EKSKLÜZİV
21.02.2020 - 17:19
Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova karyerasını yenidən ölkəmizdə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamızın 29 yaşlı toppaylayıcısı “Abşeron”la danışıqları müsbət yekunlaşdırıb.
Təcrübəli oyunçu Eldar Yusubovun rəhbərlik etdiyi komanda ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Alışanova mövsümə arxada qalan hissəsini Macarıstanın “Jaszbereny” klubunda keçirib. O, legioner həyatı yaşayınca Bakı klublarından “Lokomotiv”, “Azəryol” və “Azərreyl” kimi komandaların da şərəfini qoruyub.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0