[b]Avropa Liqasının püşkü atıldı[/b]
08.06.2018 - 09:35
Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Bolqarıstan Finlandiyaya rəqib olub.
Digər cütdə isə “Dördlər finalı”nın ev sahibi Macarıstan Çexiya ilə üz-üzə gələcək. Budapeştdə keçiriləcək matçlar iyunun 14-15-də olacaq.
Qeyd edək ki, Qızıl Avropa Liqasında mübarizə aparan Azərbaycan millisi mübarizəni qrup mərhələsində dayandırıb. Komandamız ən yaxşı qrup ikincisi olsa da, macarların ev sahibliyi yarımfinal yolumuzu kəsib.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0