Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat verib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz İsveçdə qadın voleybolçular arasında keçiriləcək Gümüş Avropa Liqasının “Dördlər finalı”nda iş başında olacaq.
Belə ki, Zülfüqarov həlledici mərhələyə təyinat alan 4 referidən biridi. O, iyunun 16-da yarımfinal mərhələsi çərçivəsində baş tutacaq Avstriya Estoniya matçında əsas hakim olacaq. Təmsilçimizə almaniyalı Yorq Kellenberger köməklik edəcək.
Zülfüqarov ertəsi gün baş tutacaq finalda isə ikinci referi funksiyasını yerinə yetirəcək. Görüşün əsas hakimi isə Filip Şürmann (Lixtenşteyn) olacaq.
Qeyd edək ki, digər yarımfinal matçında Albaniya İsveçlə mübarizə aparacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə