Bu gün qadın voleybolçular arasında Novruz kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra təşkil edilən yarışın final qarşılaşması baş tutub.
Voleybol Mərkəzində keçirilən oyunda Super Liqanın güclüləri “Azərreyl”lə “Abşeron” üz-üzə gəliblər. Onlar yarımfinalda müvafiq olaraq AVF və "Lokomotiv" üzərində qələbə qazanıblar.
Saat 16:00-da başlayan həlledici görüş “Azərreyl”in üstünlüyü şəraitində keçib. Hər üç setdə rəqibini məğlub edən “Azərreyl” Novruz kubokunun qalibi adına yiyələnib.
Novruz kuboku, final
“Azərreyl” - “Abşeron” - 3:0 (25:21, 25:20, 25:20)
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub