“Bakı”nın sabiq voleybolçusu Rafaella Kalloni karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının da şərəfini qorumuş 35 yaşlı blokçu bundan sonra peşəkar klubda oynamayacağını açıqlayıb.
O, sosial şəbəkədə məşqçilərinə, bir komandada oynadığı voleybolçulara və onu tanıyan hər bir şəxsə təşəkkür edib. Bildirib ki, məhz ətrafının yaxşı olması dünyada tanınmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Kalloni 2011/2012 mövsümündə “Bakı”nın şərəfini qoruyub. O, paytaxt təmsilçisi ilə Azərbaycan Super Liqasının bürünc mükafatını qazanıb və “Çelenc Cup”ın finalında oynayıb. Rafaella ölkəsində isə İtaliya çempionu adına yiyələnib və superkuboka sahib olub. Blokçunun medal kolleksiyasında “Top-komandalar” və “Çelenc Cup”ın qızıl mükafatları da var.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə