[b]İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşdi[/b]
13.06.2018 - 15:53
İspaniya Futbol Federasiyası yığmanın yeni baş məşqçisinin adını açıqlayıb. Apasport.az-ın federasiyasının saytına istinadən məlumatına görə, Fernando Yerro dünya çempionatında “matadorlar”a rəhbərlik edəcək.
O, daha öncə millidə idman direktoru vəzifəsini tuturdu. Yerro bu gün əvvəlcə mətbuat konfransı keçirəcək, ardından isə komandanı ilk məşqə çıxaracaq.
Qeyd edək ki, Xulen Lopeteqi “Real”a baş məşqçi təyin olunmasının ardından millidəki postundan uzaqlaşdırılmışdı.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0