[b]Təmsilçisimiz avrokuboklara qatılmaqdan boyun qaçırdı[/b]
21.06.2018 - 11:50
Kişi voleybolçulardan ibarət “Sərhədçi” klubu avrokuboklara qatılmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Yüksək Liqa təmsilçisinin rəhbərliyi qərar verib.
Belə ki, Ziya Rəcəbovun yetirmələri ölkə çempionatında ikinci olduğundan ən azı “Çelenc Cup”da iştirak etməli idilər. Son anadək “Sərhədçi”nin beynəlxalq arenada debüt edəcəyi də gözlənilirdi. Lakin klub rəhbərliyinin toplantısında avrokuboklara getməmək qərara alınıb.
Qeyd edək ki, “Sərhədçi” finalda “Lokomotiv”ə məğlub olub.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0