[b]Bakı klubu Ukrayna çempionuna yenə uduzdu [/b]
03.09.2016 - 13:23
Azərbaycanın qadınlardan ibarət ABU klubu Ukraynada növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, ölkəmizi avrokubokda təmsil edəcək Bakı təmsilçisi Ukrayna çempionu “Qaliçanka” ilə ikinci dəfə üz-üzə gəlib.
Konstantin Ruvinskinin yetirmələri ilk oyunda olduğu kimi bu dəfə də məğlubiyyətə üzülüb. Birinci oyundan sonra Ukrayna Superkubokuna çıxıb qalib gələn “Qaliçanka” ikinci qarşılaşmada 32:20 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, ötən mövsümü “qızıl dubl”la başa vuran rəqib birinci görüşdən 31:23 hesablı üstünlüklə ayrılmışdı.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0