“Azəryol”un avrokubok mövsümünə start verəcəyi gün dəqiqləşdi
02.10.2015 - 11:29
“Azəryol”un yeni mövsümdə ilk avrokubok matçının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, CEV kubokunda oynayacaq Bakı təmsilçisi 1/16 final mərhələsinin birinci görüşünə oktyabrın 28-də çıxacaq.
Aleksandr Çervyakovun çalışdıracağı komanda həmin gün Rumıniyada “Tarqovitse”nin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı 2 həftə sonra Bakıda olacaq.
0
0