“Bakı”dan uğurlu start
31.10.2015 - 18:30
Kişi basketbolçular arasında Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 23-cü dəfə təşkil olunan ölkə birinciliyinin ilk turunda 4 oyun keçirilib.
Günün ən böyükhesablı qələbəsinə “Bakı” nail olub. Paytaxt təmsilçisi 56 xal fərqilə qalib gəlib. AzTOP, "Baku Oilers" və "Dərviş" də mövsümə qələbəylə başlayıb.
I tur
AzTOP - "Araz" - 65:50
NTD - "Baku Oilers" - 52:65
BDU - "Bakı" - 49:105
"Sıçrayış" - "Dərviş" - 59:69
0
0