“Telekom” “Lokomotiv”i darmadağın etdi
24.09.2015 - 15:54
Yeni mövsümə hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət klubları yoxlama matçı keçiriblər. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Telekom”la “Lokomotiv” üz-üzə gəliblər.
Hər iki komanda matça tam heyətlə çıxmayıb. Buna səbəb Bakı klublarının bəzi oyunçularının Avro-2015-lə bağlı yığmaları ilə birgə olmasıdı.
Qarşılaşma Zoran Qayiçin yetirmələrinin asan qələbəsi ilə yekunlaşıb. Onlar “dəmiryolçular”ı 4:0 hesabı ilə məğlub ediblər.
Komandaların qarşıdakı günlərdə növbəti dəfə güclərini sınaması da gözlənilir.
0
0