Azərbaycan çempionu “Azərreyl” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın qızıl medal qazanmasında xüsusi pay sahibi olan Nutsara Tomkom Bakı klubunu tərk edib.
31 yaşlı tailandlı toppaylayıcı karyerasını Türkiyədə davam etdirəcək. O, 2012/2013 mövsümündə “Rabitə”ni çempion edən italiyalı Marçello Abbondanzanın çalışdırdığı “Fənərbaxça” klubu ilə danışıqları müsbət yekunlaşdırıb. Tomkom bu günlərdə 1 illik rəsmi müqaviləyə də imza atacaq.
Qeyd edək ki, toppaylayıcı Azərbaycan Super Liqasında 3 klubun heyətində 6 mövsüm keçirib. O, 2010-2012 və 2015-2016-cı illərdə “Azərreyl”də, 2012-2013-cü illərdə “İqtisadçı”da və 2013-2015-ci illərdə “Rabitə”də oynayıb. Tomkom Bakı təmsilçilərinin heyətində 3 dəfə Azərbaycan çempionu, 2 dəfə gümüş medalçısı olub. O, həmçinin 4 dəfə çempionatımızın ən yaxşı toppaylayıcısı seçilib.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib