Azərbaycan millisinin daha bir voleybolçusunun yeni mövsüm üçün qərarı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın aparıcı oyunçusu Odina Bayramova “Azərreyl”də qalmağı üstün tutub.
25 yaşlı hücumçu “dəmiryolçular”la müqaviləsinin müddətini daha 1 il artırıb.
Bununla da, “Azərreyl”in “12-liyi” komplektləşib. Komandanın sükanını Bülənt Karslıoğuna etibar edən Bakı təmsilçisi 2015/2016 mövsümündə aşağıdakı heyətlə uğur qazanmağa çalışacaq:
Toppaylayıcılar: Nutsara Tomkom (Tailand), Natalia Valentin (Pierto-Riko)
Hücumçular: Hali Ekerman, Madison Kinqdon (hər ikisi ABŞ), Fatu Diuk (Seneqal), Odina Bayramova (Azərbaycan), Stefanye Enray (Pierto-Riko)
Blokçular: Kseniya Poznyak (Azərbaycan), Straşmira Filipova (Bolqarıstan), Cessika Cons (ABŞ)
Liberolar: Valeriya Məmmədova (Azərbaycan), Vanna Buakeva (Tailand)
Baş məşqçi: Bülənt Karslıoğu
Qeyd edək ki, Azərbaycan çempionatı ilə yanaşı, Çempionlar Liqasında oynayacaq “Azərreyl”in yeni voleybolçu transfer edib, komandada rəqabəti daha da gücləndirəcəyi istisna olunmur.