Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl” İdman Bazasında baş tutan qarşılaşmada ev sahibləri “Tbilisi”ni sınağa çəkib.
VII turdan təxirə salınan qarşılaşmada “dəmiryolçular” çətinlik çəkmədən qalib gəliblər. Onlar rəqibinə 3 hissədə cəmi 31 xal veriblər.
Bu qələbə “Azərreyl”i müvəqqəti də olsa yenidən liderliyə yüksəldib. Əsas izləyiciləri olan “Telekom”dan 1 oyun çox keçirən Bakı təmsilçisi Zoran Qayiçin yetirmələrini 1 xal qabaqlayır.
24 yanvar
VII tur
“Tbilisi” – “Azərreyl” – 0:3 (7:25; 8:25; 16:25)
“Azərreyl” İdman Bazası
İlk dövrə: “Azərreyl” – “Tbilisi” – 3:0 (25:6; 25:20; 25:7)
|
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S/F |
T/F |
X |
|
1 |
Azərreyl |
11 |
8 |
3 |
7 |
1 |
0 |
1 |
1 |
1 |
27-10 |
878-655 |
25 |
|
2 |
Telekom |
10 |
8 |
2 |
4 |
3 |
1 |
0 |
1 |
1 |
25-11 |
832-709 |
23 |
|
3 |
Lokomotiv |
11 |
7 |
4 |
6 |
1 |
0 |
1 |
1 |
2 |
24-13 |
852-708 |
22 |
|
4 |
Azəryol |
9 |
5 |
4 |
3 |
1 |
1 |
1 |
3 |
0 |
20-15 |
802-747 |
15 |
|
5 |
Gənclik |
12 |
3 |
9 |
2 |
0 |
1 |
0 |
0 |
9 |
9-29 |
663-886 |
8 |
|
6 |
Tbilisi |
9 |
0 |
9 |
0 |
0 |
0 |
0 |
0 |
9 |
0-27 |
348-675 |
0 |