Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Ştutqart” (Almaniya) – “Azərreyl” (Azərbaycan) oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, görüşün ən məhsuldar oyunçusu Kaya Qrobelna olub.
Almaniya təmsilçisinin lideri komandasının 3:0 (25:21, 25:23, 25:22) hesablı qələbəsinə 20 xalla töhfə verib. Bakılıların heyətində ən məhsuldar olan Odina Bayramova 15 xal toplayıb. Digər voleybolçumuz Medison Kinqdon 13 dəfə fərqlənib.
Cessika Cons, Fatu Diuk, Straşimira Filipova hərəyə 5 xalla azarkeşlərini sevindirib. Nutsara Tomkom, Kseniya Poznyak isə 1 xal əldə ediblər.
Qeyd edək ki, “Azərreyl” bu məğlubiyyətlə avrokuboklarda çıxışını başa vurub.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB