[b]“Azəryol” liberosunu buraxmadı[/b]
05.10.2016 - 11:23
“Azəryol” daha bir voleybolçusu ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi son 2 ildə heyətində oynayan Yuliya Kərimovanı komandadan buraxmayıb.
Milliləşdirilmiş 28 yaşlı libero ilə daha 1 illik razılıq əldə edib.
Qeyd edək ki, bir qədər öncə Eldar Yusubovu baş məşqçi postuna gətirən komanda Kərimovadan öncə Zinaida Lyubimova, Oksana Kiselyova, Kseniya Pavlenko, Leyla Parşkova, Kristina Yaqubova və Anita Bredislə də müqavilə imzalayıb.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0