[b]“Azəryol”un oyunlarının vaxtı dəqiqləşdi[/b]
26.12.2015 - 10:29
Qadın voleybolçular arasında CEV kubokunda 1/4 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Çelenc raund”a gedən yolda Bakının “Azəryol” klubu ilk cəhdinə yanvarın 19-da baş tutacaq.
Ziya Rəcəbovun yetirmələri Polşada “Muşina” ilə görüşə Bakı vaxtı ilə saat 23:30-da çıxacaq.
Cavab matçı isə yanvarın 26-na təsadüf edəcək. “Azərreyl” İdman Bazasında təşkil olunacaq qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.
0
0