[b]“Lokomotiv”in oyununu idarə edəcək hakimlər bilindi[/b]
15.02.2016 - 10:46
Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”in “Volero” ilə ikinci matçını Sanya Miklosiç (Sloveniya) idarə edəcək.
Sürixdə baş tutacaq qarşılaşmada ikinci hakim funksiyasını Nurper Özbar (Türkiyə) yerinə yetirəcək.
Qeyd edək ki, görüş fevralın 25-də Bakı vaxtilə saat 23:00-da başlayacaq. İlk matçda bakılılar 3:2 hesabı ilə qələbə qazanıblar.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0